AZ

Dəhşətli qətl: Oğul atasının meyitini zibil qutusuna atdı

Türkiyənin Mersin şəhərində 77 yaşlı təqaüdçü müəllim Səlahəddin Doludenizin 34 yaşlı oğlu Orkun Doludəniz atasının meyitini plastik qaba qoyaraq zibilliyə atmaqda ittiham olunur.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə 2024-cü il sentyabrın 14-də Bozyazı rayonundakı zibillikdə kişi cəsədinin tapılması ilə üzə çıxıb.

Çılpaq və ayaqları bağlanmış vəziyyətdə olan meyitin Səlahəddin Doludenizə aid olduğu müəyyən edilib. Polis araşdırmasında cəsədi zibilliyə atan şəxsin oğlu Orkun Doludəniz olduğu sübuta yetirilib və o, həbs edilib.

İddianamədə qeyd olunub ki, ata xəstə və baxıma möhtac olub. Oğlu öz etirafında bildirib ki, atası ilə mübahisə edərək onu tək buraxıb, uzun müddət evə qayıtmayıb. Evə qayıtdıqda isə atasının hərəkətsiz vəziyyətdə olduğunu görüb. Təcili yardım çağırmaq əvəzinə ayaqlarını bağlayaraq plastik qaba qoyub və “torpağa layiq deyil” deyərək zibilliyə atıb.

Seçilən
106
publika.az

1Mənbələr