AZ

“Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” İranın Azərbaycandakı keçmiş səfiri də “xoruzlandı”

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Zəngəzur dəhlizi ilə bağlı məlum razılaşmaya qarşı çıxan fars rejiminin siyasi eliatasının nümayəndələri sırasına İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakain də qoşulub.

Sabiq səfir deyib ki, ABŞ-nin niyyətinin İranı regionda zəiflətmək və təcrid etmək olduğuna şübhə yoxdur.

İranın “Mehr” xəbər agentliyinə danışan Pakain bildirib ki, İranın Cənubi Qafqazla Araz çayı boyunca 400 kilometrdən çox sərhədi var və guya bu ərazidə İrandan çox nüfuzu olan ikinci dövlət yoxdur: "Heç bir ölkə bu dəhlizdə İran qədər dominantlıq etmir və heç bir xarici ölkə bu sahədə İrana qarşı konkret təşəbbüs göstərə bilməz. Əgər Qərb dövlətləri bu bölgəyə daxil olarsa, özlərini ciddi risklərlə üz-üzə qoyacaq və ciddi zəifliklərlə üzləşəcəklər. ABŞ-nin Qafqazdakı mövcudluğunun əsas məqsədi Rusiyanı təcrid etmək və region ölkələrini, o cümlədən Azərbaycan və Ermənistanı Rusiyaya qarşı hərəkətə keçməyə təhrik etməkdir. Çünki indiki mərhələdə Ermənistan və Azərbaycanın Rusiya ilə münasibətləri soyuyub. Ona görə də Rusiya yəqin ki, qətiyyətlə reaksiya verəcək və Qafqazı belə asanlıqla itirməyəcək. Təbii ki, Rusiya heç bir addım atmasa, İran təkbaşına ABŞ-nin məqsədinə nail olmasına mane olacaq”.

Göründüyü kimi, İran rejimindəki mühafizəkar qanad heç cür Vaşinqton razılaşmalarını qəbul və həzm edə bilmir. Bununla yanaşı, anlayırlar ki, Azərbaycan və Ermənistanın öz suveren ərazilərilə bağlı verdikləri qərarlara müdaxilə etməyə nə hüquqları, nə də bu layihənin qarşısını ala biləcək gücləri var...

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
azpolitika.info

1Mənbələr