AZ

Valdas Dambrauskas: İstədiyimiz 11-liyi görə biləcəyik

BAKI, 12 avqust. TELEQRAF

“Ağır oyundan sonra zədələrin olması normaldır”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski”komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

Litvalı mütəxəssis futbolçuların matça tam hazır olduğunu bildirib: “Əllərindən gələni məşqdə etməyə çalışırlar ki, yaxşı nəticə əldə edə bilsinlər. İstədiyimiz 11-liyi görə biləcəyik”.

Qeyd edək ki, “Sabah” -“Levski” oyunu avqustun 14-də Əlincə Arenada (Bank Respublika Arena)keçiriləcək. Tərəflər arasında ilk görüş Masazır təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə bitib.

Seçilən
9
teleqraf.com

1Mənbələr