AZ

Payız mövsümünün dəbi: Kim necə geyinməlidir?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Payız mövsümü yaxınlaşdıqca moda dünyasında da  dəyişikliklər baş verir.

Bu mövsümdə həm qadın, həm də kişi geyimlərində hansı rənglərin və detalların daha çox seçiləcəyi insanlar araasında müzkirə olunan məsələlərdəndir.

Bəs payız mövsümündə hansı rənglər üstünlük təşkil edəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən modelyer Şəlalə Maqsudova bildirdi ki, bu il payız mövsümündə bir sıra rənglərə üstünlük veriləcək:

“Bu il payız mövsümündə ən çox zoğalı, narıncı və sarı rəngləri dəbdə olacaq. Təbii ki, ağ-qara hər zaman klassikanın rəngləridi, buna görə də bütün fəsillərdə favorit olaraq gündəmdə olacaq. Ən dəbdə olan parçalar isə kətan və ipək qarışıq olan parçalar geyimlərdə geniş istifadə olunacaq.

Payız mövsümündə ən çox cins materiallı geyimlər dəbdə olur. Materalından asılı olaraq, qalın və incə materiallı parçalardan tikilmiş cins geyimlər insanların ən çox təlabatı olduğu növdür”.

Gülər

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr