AZ

Ukraynanın sorğusu əsasında Bolqarıstanda silah satışı obyektlərində axtarışlar aparılır

Bolqarıstanda Ukraynanın Milli Antikorrupsiya Bürosunun sorğusu əsasında silah satışı ilə məşğul olan obyektlərdə kütləvi axtarışlar aparılır.

“Report” Bolqarıstan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) baş katibi vəzifəsini icra edən Miroslav Raşkov bildirib.

Kiyevin sorğusu Ukraynada silahların şişirdilmiş qiymətlərlə tədarükünə görə mümkün korrupsiya faktının araşdırılması ilə bağlıdır.

"Əməliyyat bir neçə regionu əhatə edir və Milli İstintaq Xidməti tərəfindən koordinasiya edilir. Axtarışların aparıldığı obyektlər ölkənin müxtəlif şəhərlərində yerləşir", - M.Raşkov qeyd edib.

Onun sözlərinə görə, axtarışlar çərçivəsində hələlik heç kim saxlanılmayıb.

Seçilən
1
report.az

1Mənbələr