Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.
O bildirib ki, bu görüş təkcə regiona sülh gətirmir, həm də bütünlükdə Qafqazın simasını dəyişir:
"Artıq bizim yerləşdiyimiz Cənubi Qafqaz regionunda yeni bir dövr başlayır. Bu, sülh dövrüdür. Münaqişə, müharibə bitir, sülh başlayır. Azərbaycanın yaratdığı tarixi gerçəklik dünyanın qəbul etdiyi reallığa çevrilir. Azərbaycanın tarixi zəfərindən sonra regionada sülh və sabitlik üçün bir çox işlər görüldü. Ermənistan bu prosesdən yayınmağa cəhd etsə də, prosesi əngəlləməyə çalışsa da, israrlı tələblər və aparılan diplomatik danışıqlarla Azərbaycan bütün dünyaya göstərdi ki, regionaun inkişafı, sabitliyi, dünyanın siyasi və iqtisadi xəritəsinə töhfə verilməsi üçün sülhdən başqa yol yoxdur".
Onun sözlərinə görə bu baxımdan Vaşinqton görüşü öz nəticələrinə görə indiyə kimi keçirilən bütün görüşlərdən fərqlidir:
"Ermənistanla sülh sazişinin paraflanması, Azərbaycanla ABȘ arasında yeni və təminatlı münasibətlərin qurulması, “907-ci düzəliş”in dayandırılması, ATƏT-in Minsk Qrupu və onunla əlaqədar qurumların ləğv edilməsi tarixi qərarlardır. ATƏT-in Minsk Qrupu illərlə sülh prosesini təşviq etmək əvəzinə Azərbaycana qarşı fəaliyyət göstərirdi. Bu qrupdan imtina regionda sabitliyin, xalqalrın sülh şəraitində yaşamasının gələcək təminatıdır.Paraflanmış sülh sazişində olan müddəalar regional sabitliyin və əlverişli yeni siyasi mühitin yaranması üçün çox mühüm bir sənədddir. Sanki yeni bir tarixin başlanğıcıdır. Bütün məsələlər detallı şəkildə nəzərə alınıb. Bu saziş imzalandıqdan sonra bizim daha çox son 30 ilindən danışdığımız 200 illik bir münqaişə bitmiş sayılacaq. İnanırıq ki, digər texniki və prinsipial məsələlər də yaxın gələcəkdə öz həllini tapacaq və yekun sülh sazişi imzalanacaq. Vaşinqton görüşündən danışanda bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin liderliyi ilə yeni dünya nizamında yenilənmiş bir region formalaşdrıldı. Çünki bu sülh platforması bütün bölgədə və ona yaxın regionalarda yeni bir situasiya yaradır. Bu görüşün siyasi, iqtisadi, logistik əhəmiyyəti nəinki bizim regionda, bütün dünyada çox tezliklə öz bəhrəsini verəcək".
Əfsanə Kamal
Demokrat.az
3Mənbələr
-
cebheinfo.azBaş redaktor: "Vaşinqton görüşü indiyə kimi keçirilən bütün görüşlərdən fərqlidir" ( 20282811)
-
demokrat.azBaş redaktor: Vaşinqton görüşü indiyə kimi keçirilən bütün görüşlərdən fərqlidir ( 20275605)
-
demokrat.azBaş redaktor: "Vaşinqton görüşü indiyə kimi keçirilən bütün görüşlərdən fərqlidir" ( 20275392)