BAKI, 12 avqust. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, telefon danışığı zamanı Türkiyə–Ukrayna ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan İstanbulda keçirilən Ukrayna–Rusiya danışıqlarında irəliləyiş əldə olunmasını müsbət qiymətləndirib və növbəti mərhələlərdə atəşkəs üzrə nəticə əldə ediləcəyinə ümid etdiyini bildirib.
O, Türkiyənin liderlər səviyyəsində sammitə ev sahibliyi etməyə hazır olduğunu, hərbi, humanitar və siyasi sahələrdə işçi qruplar yaradılmasının bu yolda faydalı olacağını qeyd edib.
R.Ərdoğan həmçinin Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini davam etdirdiyini vurğulayıb.