AZ

Samuxda istifadəyə yararsız və qadağan olunmuş pestisidlər zərərsizləşdirilib

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyətidövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilərespublika ərazisində yararsız və qadağan olunmuş pestisidlərləçirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsiaparılıb, həyata keçirilən tədqiqatlar və risk analizlərinəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallıobyektlərin mövcudluğu müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə həyata keçirilən tədbirlərin davamıolaraq, AQTA tərəfindən cəlb edilmiş xüsusi lisenziyalı şirkətSamux rayonu ərazisində 100 tona yaxın istifadəyə yararsız pestisidvə çirklənmiş torpaq qatının daşınmasını həyata keçirib.

"Beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildəqablaşdırılan yüklər zərərsizləşdirilmək məqsədilə xüsusi nəqliyyatvasitəsi ilə “Cəngi pestisid poliqonu”na yola salınıb.

Növbəti mərhələdə bu pestisidlərin xüsusi lisenziyaya malikmüəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi nəzərdətutulur. Eyni zamanda, təmizlənmiş ərazilərdə çirklənməyə məruzqalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarındanistifadə ediləcək və bu proses müvafiq dövlət qurumları ilə birgəhəyata keçiriləcək.

İcra olunan tədbirlər növbəti mərhələdə Füzuli və İmişlirayonlarında yerləşən təhlükə potensiallı obyektlərdə də davametdiriləcək, istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsiüzrə ardıcıl addımlar atılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə AzərbaycanRespublikası Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlbedilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarınıntəmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətininəlaqələndirilməsi üzrə yaradılmış Koordinasiya Komissiyası”tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsiqadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlıproblemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiqedilərək bir sıra dövlət qurumlarına, o cümlədən AzərbaycanRespublikasının Qida Təhlükəsizliyi Agentliyinə müvafiq işləringörülməsi həvalə olunub.

Agentlik tərəfindən aidiyyəti qurumların nümayəndələrininiştirakı ilə həyata keçirilən fəaliyyətlər ölkə üçün stratejiəhəmiyyət daşımaqla yanaşı, ekosistemin qorunmasına, insansağlamlığı, heyvanlar və bitkilər üçün potensial risklərinqarşısının alınmasına xidmət edir",- deyə məlumatda qeydedilib.

Məqalədə:
Seçilən
48
12
az.trend.az

10Mənbələr