AZ

Marapi vulkanı yenidən aktivləşdi: 3 km-lik əraziyə giriş qadağan edilib

Marapi

İndoneziyanın Marapi vulkanının yenidən püskürdüyü və kül səpdiyi bildirilir.

Xalqcebhesi.az xəbər verir ki, İndoneziyanın Sumatra adasının qərbində yerləşən Marapi vulkanı yenidən aktivləşib.

Səlahiyyətlilər vulkanın 2023-cü il dekabrın 3-də ilk püskürməsindən bəri 450 dəfədən çox püskürdüyünü açıqlayıb.

Vulkanik fəaliyyətə görə krateri əhatə edən 3 kilometrlik əraziyə giriş və bütün fəaliyyətlər qadağandır. Yerli sakinlərə kül yağması və püskürmə nəticəsində mümkün lava axını barədə xəbərdarlıq edilib.

Qeyd edilib ki, püskürmə zamanı kül buludları səmaya yayıldığı üçün görünmə qabiliyyəti azalıb.

Məryəm Quliyeva

Seçilən
0
1
xalqcebhesi.az

2Mənbələr