İndoneziyanın Papua əyalətində 6,5 bal gücündə zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6,5 bal gücündə zəlzələnin episentrinin əyalətin Abepura rayonundan 193 kilometr şimal-qərbdə olduğunu bildirib.
10 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Məryəm Quliyeva