"Milan" müdafiəçisi Filippo Terraksianonu icarəyə verib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
22 yaşlı futbolçu "Kremoneze"yə keçib. Onunla 1 illik müqavilə imzalanıb.
"Milan" Filipponu 2024-cü ilin yanvarında "Verona"dan 5,5 milyon avroya alıb.