BAKI, 12 avqust. TELEQRAF
Qırğızıstanda pornoqrafiyanın saxlanması, istehsalı və yayılmasına görə cəza haqqında qanun qəbul edilib.
Teleqraf xəbər verir ki, bu barədə ölkə Prezidenti Sadır Japarov sərəncam imzalayıb.
Pornoqrafik materiallarla tutulanlar təxminən 115-320 dollar arasında cərimələnə bilərlər. Onların kütləvi şəkildə yayılması üçün isə həbs cəzası nəzərdə tutulub.
Sərəncamda deyilir ki, bu qanunun məqsədi “cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini qorumaqdır”.