AZ

DEM Partiyadan Ərdoğana çağırış: Ermənistanla sərhədi dərhal açın

BAKI, 12 avqust. TELEQRAF

Türkiyə parlamentinin keçmiş millət vəkili və müxalif Xalqların Demokratiya və Bərabərliyi Partiyasının (DEM) üzvü Qaro Paylan Vaşinqtonda imzalanan bəyannamə ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistan-Türkiyə sərhədini açmağa çağırıb.

“Sülhün qalıcı olması üçün təcili addımlar atmaq bizim borcumuzdur. Cənab Ərdoğan, Türkiyə-Ermənistan sərhədini dərhal açın”, - Paylan bildirib.

Qeyd edək ki, erməni əsilli Qaro Paylan Türkiyə və Azərbaycana qarşı separatçı fikirləri ilə tanınır. Tez-tez PKK terror təşkilatı və Qarabağdakı keçmiş separatçı rejimə açıq dəstəyi ilə gündəmə gələn DEM üzvü dəfələrlə rəsmi Ankaranı qondarma erməni soyqırımını tanımağa da çağırıb.

Seçilən
72
teleqraf.com

1Mənbələr