AZ

Xoşbəxtlik hissini artıran fəaliyyətlərin sağlamlığa təsiri

İnsanı xoşbəxt edən fəaliyyətlər yalnız əhval-ruhiyyəni deyil, ümumi sağlamlığı da yaxşılaşdırır.


Pravda.az bildirir ki, sevindirici məşğuliyyətlər stres hormonlarını azaldır, immuniteti gücləndirir, xəstəlik riskini azaldır və yuxu keyfiyyətini artırır.


Xüsusilə idman, sevilən xobbilər və sosial fəaliyyətlər zamanı endorfin, serotonin və dopamin kimi xoşbəxtlik hormonları artır, bu isə həm fiziki, həm də zehni sağlamlığa müsbət təsir göstərir. Stres və mənfi emosiyalar isə əksinə, hormonal tarazlığı pozaraq müxtəlif xəstəliklərə zəmin yarada bilər.


Əminə Bayramova 

Tarix: 12 Avqust 2025, 16:30   
Seçilən
9
pravda.az

1Mənbələr