Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, prezident seçilməmişdən öncə də Trampın əsas çağırışı ondan ibarət idi ki, qısa müddət ərzində Ukrayna–Rusiya müharibəsini dayandıracaq:

"Tramp tərəfindən çox ciddi səy göstərilir, ümid edirik, hansısa formada atəşkəsə və sülhə nail olunacaq. Hazırda diqqətlər 15 avqustda Alyaskada ABŞ və Rusiya prezidentləri arasında keçiriləcək görüşə yönəlib. Bu görüşdən gözləntilər çoxdur. Ukrayna heç bir halda ərazi itkisi ilə barışmayacağını bildirib, Rusiyanın isə beynəlxalq hüquqdan kənar tələbləri var. Hər halda, Trampın cəhdləri var, bu müharibəni dayandırmaq istəyir. Özü də bəyan edir ki, müharibələri dayandırmaqla Nobel Sülh Mükafatını almaq istəyir. Hətta çıxışlarının birində qeyd etmişdi ki, Barak Obama Sülh Mükafatı alıb, mən niyə almıyım?
Biz diqqətdən qaçırmamalıyıq ki, Suriyada vəziyyətin səngiməsində Trampın rolu olub, həmçinin Ermənistan və Azərbaycan arasında sülh sənədinin paraflanması onun səyləri ilə baş tutdu. Elə həmin görüşdə Azərbaycan Prezidenti Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsi ilə bağlı mövqe sərgilədi. Dünyadakı digər münaqişələr də sona çatdırılacaqsa, bu mükafata layiq görüləcəyini istisna etmirəm".
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
news24.azABŞ Prezidenti: Rusiya-Ukrayna müharibəsini dayandıracağam ( 20462727)
-
teleqraf.comMerts: Daha ciddi danışıqlar üçün yol açıqdır ( 20468127)
-
report.azZelenski Putin və Trampla görüşdə ərazi məsələlərini müzakirə etməyə hazırdır ( 20468124)
-
news365.azZelenski Trampla Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib ( 20467992)
-
apa.azZelenski Trampla Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib ( 20467710)
-
xalqqazeti.azAğ Evdə Ukrayna üzrə danışıqlar: Təhlükəsizlik təminatları gündəmdə ( 20467707)
-
operativmm.az"Onlar Rusiya ilə Ukrayna arasındakı bu fəlakətin həllini yalnız çətinləşdirirlər" ( 20464008)
-
leqal.infoTramp Rusiya-Ukrayna münaqişəsini həll edəcəyini vurğulayıb ( 20463819)
-
news365.azTramp Rusiya-Ukrayna münaqişəsini həll edəcəyini vurğulayıb ( 20462679)
-
turkic.worldHƏMAS israilli girovların yarısını azad edəcək ( 20462586)