UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Omoniya” ilə qarşılaşacaq “Araz-Naxçıvan” Bakı-Afina-Larnaka reysi ilə Kiprə gedib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu gün və sabah məşqlərini matçın keçiriləcəyi ölkədə davam etdirəcək komanda rəqiblə avqustun 14-də, Bakı vaxtı ilə 21:00-da üz-üzə gələcək. Bakıda keçirilən ilk görüş "Omoniy"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.