AZ

Aİ Putin-Tramp görüşü zamanı Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

Avropa liderləri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ukrayna böhranı ilə bağlı gözlənilən danışıqlar fonunda Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq etmək niyyətlərini açıqlayıblar.

Editor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəsmi press-relizində deyilir.

Məlumata görə, Aİ, ABŞ və digər tərəfdaşları ilə birlikdə Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcək.

“Aİ də Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri dəstəkləməyə və həyata keçirməyə davam edəcək”,- deyə sənəddə bildirilir.

Qeyd edək ki, Tramp və Rusiya prezidenti Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcəklər.Danışıqların əsas mövzusu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında torpaq mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
142
50
editor.az

10Mənbələr