Ermənistanda Amerika ordusu ilə “Eagle Partner 2025” birgə hərbi təlimlər başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə respublikanın hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd edildiyi kimi, hərbi təlimlərin açılış mərasimində Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan, ABŞ səfiri Kristina Kuin, yüksək rütbəli hərbçilər və qonaqlar iştirak ediblər.
Təlimlər avqustun 20-dək davam edəcək və Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun, Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.