ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Pokrovsk ərazisində kiçik düşmən qruplarının Ukraynanın arxa cəbhəsinə “sızması” var, lakin cəbhənin yarılmasından və irəliləyişdən söhbət getmir.
“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın “Dnepr” Əməliyyat-Strateji Qüvvələr Qrupunun (OSUV) mətbuat katibi Viktor Trequbov mətbuata açıqlamasında deyib.
“Hazırda Pokrovsk və Dobropolski istiqamətlərində vəziyyət xəritələrin açıq mənbələr əsasında necə tərtib edildiyini başa düşməyənlər üçün bir qədər çaşqınlıq yaradır”, - o qeyd edib.
Trequbovun sözlərinə görə, ruslar “sızma taktikası”ndan istifadə edir, yəni düşmənin müəyyən sayda kiçik qrupları daim Ukraynanın mövqelərinə təzyiq göstərir və birinci xəttdən yan keçərək onun arxasına keçməyə çalışırlar. O əlavə edib ki, işğalçılar daha da irəlilədikdə ya Ukrayna hərbçiləri tərəfindən məhv edilir, ya da gizlənməyə çalışırlar.
Trequbov deyib ki, bunlar kiçik qruplardır və açıq mənbələrdəki xəritələr belə təəssürat yaradır ki, ruslar Ukrayna ərazisində 12 km irəliləyiblər. Lakin əslində, onların əraziyə nəzarəti ələ keçirməsindən söhbət gedə bilməz: "Söhbət rusların 5-10 nəfərlik kiçik bir qrupunun ora daxil olmasından gedir. Bu, xəritədə göründüyü kimi deyil. Çünki bu, onların gizlin şəkildə getdikləri bütün marşruta nəzarəti ələ keçirdiyi anlamına gəlmir. Onlar bu məsafəni keçib hansısa zirzəmidə gizlənməyə çalışırlar və Ukrayna ehtiyat qüvvələri işğalçıları həmin zirzəmidən çıxarmaq üçün ora gedir”.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.