AZ

Robert Köçəryana ŞOK

Ermənistan Baş Prokurorluğu Antikorrupsiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Bu barədə yerli qurumun mətbuat xidməti məlumat yayıb.

Baş Prokurorluq keçmiş prezident Robert Köçəryandan, sabiq baş nazir müavini Armen Gevorkyandan, keçmiş müdafiə naziri Seyran Ohanyandan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturovdan 2008-ci il 1–2 mart tarixlərində İrəvanda baş verən hadisələrdən zərər çəkənlərə dövlət büdcəsindən ayrılmış 670 milyon dramın (təxminən 1,7 milyon dollar) tutulmasını tələb edir.

Musavat.com

Seçilən
90
editor.az

1Mənbələr