Azərbaycanın güləş hakimləri Kənan Hacıəliyev və Sevinc Yusibova beynəlxalq kateqoriyalarını artıraraq 2-ci dərəcəyə yüksəliblər.
Arena.az bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, bu ilin 25-28 iyun tarixlərində İtaliyanın Kaorle şəhərində keçirilmiş U-15 Avropa çempionatında ölkəmizi təmsil etmiş Hacıəliyev və Yusibova Dünya Güləş Birliyi tərəfindən keçirilən imtahanlardan uğurla keçiblər. Onlar beynəlxalq kateqoriyalarını artıraraq 2-ci dərəcəyə yüksəliblər.
Bununla da Azərbaycanın 2-ci dərəcəli hakimlərinin sayı 8-ə çatıb.