AZ

Nəhəng planet kəşf edildi – Yaxınlaşan hər şeyi udur

BAKI, 12 avqust. TELEQRAF

“James Webb” kosmik teleskopundan (JWST) istifadə edən elm adamları 4,3 işıq ili uzaqlıqda yerləşən “Alpha Centauri A” ulduzunun yaşayış zonasında mümkün nəhəng planet aşkar ediblər.

Teleqraf xəbər verir ki, “Alpha Centauri B” və qırmızı cırtdan “Proxima Centauri”nin də daxil olduğu bu sistem Günəşə ən yaxın ulduzdur və Günəşin kütləsi, yaşı və temperaturu ilə oxşar xüsusiyyətlərə malikdir.

Tədqiqatçıların fikrincə, planetin kütləsi Saturna yaxın və ölçüsü Yupiterə bənzəyir, buna görə də böyük ehtimalla qaz nəhəngidir və həyatı dəstəkləyə bilməz. Əgər bu planet həqiqətən mövcuddursa, onun güclü cazibə qüvvəsi yaxınlıqdakı yerəbənzər planetləri uda bilər.

Tapıntı hələ tam təsdiqlənməyib. Təsdiqlənərsə, bu, qalaktikamızda günəşəbənzər ulduzun ətrafındakı yaşayış zonasında bir planetə dair ən perspektivli kəşf kimi tarixə düşə və qalaktikadan kənar araşdırmalarda yeni səhifə aça bilər.

Seçilən
46
teleqraf.com

1Mənbələr