AZ

Əmirbəyov: Bakı Ermənistan Konstitusiyasına düzəlişləri gözləyir

Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanması Bakının sülh gündəliyinə sadiqliyini təsdiqləyib.

Yenisabah.az NE Global-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi elçisi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, sənəddə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə bağlı bənd onun imzalanması və ratifikasiyası üçün əlavə addımların atılmasının zəruriliyini nəzərdə tutur. Dominos pizza

"Rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı qalan ərazi iddialarını aradan qaldırmaq üçün düzəlişlərin edilməsini gözləyir", - Əmirbekov müsahibəsində bildirib.

O, bəyannamədə iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, o cümlədən Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi ilə bağlı müddəaların əhəmiyyətini vurğulayıb.


Telegram kanalımız
Seçilən
33
2
yenisabah.az

3Mənbələr