AZ

Zelenski Avropa liderlərinə təşəkkür etdi

Ukrayna prezidenti Vladimir Zelenski Avropa liderlərinin Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.

XəzərNews.az xəbər verir ki, bu barədə "Ukrinform"-a istinadla xəbər verir.

O, Aİ liderlərinin bəyanatına istinadən bildirib ki, birlikdə Rusiyanın dünyanı yenidən aldatmasına imkan verməyəcək mövqe formalaşdırmaq vacibdir.

Zelenski qeyd edib ki, Rusiya ordusu yeni hücum əməliyyatlarına hazırlaşır və müharibəni bitirmək niyyətində deyil. Prezident vurğulayıb ki, Rusiya işğalı davam etdirdiyi müddətdə beynəlxalq təzyiq, sanksiyalar və diplomatik dəstək artırılmalıdır.

Xəbər 2 dəfə oxunub.
Seçilən
6
xezernews.az

1Mənbələr