"Ümid edirik ki, bu əlamətdar günlərdə Xəzər dövlətlərinin prezidentlərini qürurla Tehranda qəbul edəcəyik." Ruzbehani əlavə edib ki, İran 2025-ci ildə Xəzəryanı vilayətlərin qubernatorlarının ilk beynəlxalq görüşünü də keçirməyi planlaşdırır. Görüşün məqsədi dayanıqlı dialoq platforması yaratmaq, təcrübə mübadiləsi aparmaq, iqtisadi və regional diplomatiyanı gücləndirmək, həmçinin ticarət, sənaye, kənd təsərrüfatı, ətraf mühitin qorunması və nəqliyyat sahələrində birgə layihələr həyata keçirməkdir. Səfirin sözlərinə görə, bu görüş üçün dəvət və proqram yaxın vaxtlarda bütün Kaspiya ölkələrinə göndəriləcək.
Konfrans Türkmənistanın Türkmənbaşı şəhərində, Beynəlxalq Xəzər dənizi günü münasibətilə təşkil olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31