ABŞ və Ermənistanın birgə hərbi təlimlərinə start verilib.
APA xəbər verir ki, Ermənistanda bu gün başlayan “EAGLE PARTNER 2025” adlı hərbi təlimlər avqustun 20-ə qədər davam edəcək.
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası və ABŞ Avropa və Afrika üzrə Quru Qoşunlarının hərbçiləri iştirak edir.
“EAGLE PARTNER 2025” təlimlərinin əsas məqsədləri, Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi, taktiki kommunikasiya və menecment üzrə təcrübələrin mübadiləsi və beynəlxalq sülhməramlı missiyalarda iştirak edən qoşunların qarşılıqlı əlaqəsini artırmaqdan ibarətdir.
Əlavə olaraq sülhməramlı missiyalarda əməliyyatların icrasında tibbi evakuasiya prosedurlarının həyata keçirilməsi üçün hazırlıq da təlimlərin hədəflərindən biridir.