AZ

Qəzzada daha 5 nəfər aclıqdan ölüb

Qəzza zolağında son 24 saatda daha 5 nəfər aclıqdan ölüb.

Missiya.Az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş özünün “X” sosial media hesabında məlumat yayıb.

O, son 24 saatda ikisi uşaq olmaqla 5 fələstinlinin aclıq və qida çatışmazlığından öldüyünü bildirib.

Burş qeyd edib ki, Qəzzada 103-ü uşaq olmaqla aclıqdan ölənlərin sayı 227 nəfərə çatıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
1
missiya.az

2Mənbələr