AZ

Toyu üçün yığdığı pulu aldılar, öldürüb hissələrə parçaladılar

Bakının Nəsimi rayonu ərazisində törədilən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

Publika.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 4-də saat 4 radələrində baş verib.

Ağsu rayon sakini, 1977-ci il təvəllüdlü Fazil Feyzullayev Bakıdakı tikinti şirkətlərindən birində işləyib, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyev və Cəlilabad rayon sakini Ülvi Abasovla birlikdə Nəsimi rayonu ərazisində mənzil kirayələyib. F.Feyzullayev bir müddət işləməyib və dolanacaq üçün İ.Əliyevdən borc istəyib. İ.Əliyev də otaq yoldaşına müəyyən miqdarda pul verib. F.Feyzullayev İ.Əliyevdən bu yolla 4 200 manat borc alıb. İ.Əliyev borc verən zaman bildirib ki, ona avqust ayında evlənmək üçün pul lazım olacaq. F.Feyzullayev razılaşıb ki, həmin müddətdə onun borcunu qaytaracaq.

Məlumata görə, İ.Əliyev tikinti şirkətində iş icraçısı işləyib və özünə toy etmək üçün pul yığırmış. Avqustun 1-də İ.Əliyev otaq yoldaşından borcunu istəyib. F.Feyzullayev isə borcunu qaytarmaq üçün ondan iki gün vaxt istəyib və razılaşıblar.

Avqustun 3-də İ.Əliyev yenidən pulunu istəyəndə F.Feyzullayev ondan daha bir neçə gün vaxt istəyib. İ.Əliyev isə ona avqustun 4-də rayona gedəcəyini bildirib və pulunu tələb edib. Tərəflər arasında mübahisə də yaranıb və İ.Əliyev F.Feyzullayevi söyüb. F.Feyzullayev isə avqustun 4-ü səhər saatlarında onun pulunu çatdıracağını deyib.

Bundan sonra F.Feyzullayev İ.Əliyevi qətlə yetirməyi qərara alıb və bu barədə digər otaq yoldaşı Ülvi Abasovla plan qurub evdən çıxıblar. Axşam saatlarında İ.Əliyev işdən evə gəlib və evdə heç kimin olmadığını görüb yatıb.

Gecə saat 4 radələrində evə gələn F.Feyzullayev və Ü.Abasov İ.Əliyevin yatmasından istifadə edib onu qətlə yetirmək qərarı verib. F.Feyzullayev İ.Əliyevi yatmış vəziyyətdə bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, o, İ.Əliyevin ürək nahiyəsindən çoxsaylı bıçaq zərbələri endirib. İ.Əliyevin ölməsinə arxayın olması üçün onun boğazını da kəsib.

Seçilən
101
16
publika.az

10Mənbələr