AZ

Azərbaycan hər ay pensiyaya nə qədər pul xərcləyir?

Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (367 mln. manat) çox olmaqla 4 mlrd. 142 mln. manat vəsait yönəldilib. Orta hesabla hər ay pensiya ödənişlərinə 592 milyon manata yaxın vəsait xərclənib. 

 

Gundem.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

 

Cari ilin yanvar-iyul aylarında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 165 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
9
gundem.az

1Mənbələr