AZ

6,5 bal zəlzələ: Sunami xəbərdarlığı verildi

İndoneziyanın Papua əyalətində 6,5 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS)  6,5 bal gücündəki təkanın episentrinin əyalətin Abepura bölgəsindən 193 kilometr şimal-qərbdə yerləşdiyini bildirib.

10 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində hər hansı insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Seçilən
58
6
cebheinfo.az

10Mənbələr