AZ

“Eagle Partner 2025” adlı erməni-amerikan hərbi təlimləri başlayıb

Avqustun 12-də Ermənistanda ABŞ-la birgə “Eagle Partner 2025” hərbi təlimlər başlayıb. Bu barədə yerli media xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin daha əvvəl bildirdiyi kimi, təlimlər “tibbi evakuasiya prosedurlarına diqqət yetirməklə sülhməramlı tapşırıqların hazırlanmasını və həyata keçirilməsini” nəzərdə tutur.

Təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılması, Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölmələrinin döyüş hazırlığının artırılmasıdır.Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadaları, ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının hərbçiləri, Kanzas Milli Qvardiyası cəlb olunacaq. Təlimlər avqustun 20-dək davam edəcək.

“Eagle Partner” manevrləri üçüncü dəfədir keçirilir. Əvvəllər onlar 2023 və 2024-cü illərdə keçirilib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
65
azerbaijan-news.az

1Mənbələr