AZ

Pentaqon Vaşinqtona Milli Qvardiya hərbçiləri göndərib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Vaşinqtona təxminən 800 Milli Qvardiya hərbçisi göndərib.

Onlar Kolumbiya Dairəsində təhlükəsizlik və asayişin təmin olunması məqsədilə yaradılmış xüsusi əməliyyat qrupunun tərkibində xidmət göstərəcəklər. Təxminən 100–200 hərbçi birbaşa hüquq-mühafizə orqanlarına dəstək verəcək.

Avqustun 11-də ABŞ prezidenti Donald Tramp Milli Qvardiyanın paytaxta göndərildiyini və Vaşinqton polisinin federal hökumətin birbaşa nəzarətinə verildiyini açıqlayıb. Şəhərin meri Mürriel Bouzer bu qərarı “narahatedici və misilsiz” adlandırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
40
editor.az

1Mənbələr