PSJ Ukrayna millisinin müdafiəçisi İlya Zabarnının “Bornmut”dan transferini rəsmən açıqlayıb.
Publika.az xəbər verir ki, Paris klubu 22 yaşlı futbolçu ilə 2030-cu ilin iyununa qədər beşillik müqavilə bağlayıb.
Mərkəz müdafiəçisi 6 nömrəli forma ilə oynayacaq. O, PSJ tarixində ilk ukraynalı futbolçu olub.
Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, transfer məbləği 66 milyon avrodur.