Bakı, 12 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası heyətinə yeni oyunçu cəlb edib.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Bakı klubu ABŞ-dan olan voleybolçu Medison Bleynin keçidini rəsmiləşdirib. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Medison Bleyin son olaraq ölkəsində “Liberti Ledi Fleyms” komandasında oynayıb.