Norveçin 2 trilyon dollarlıq dövlət varlıq fondu “Norges Bank Investment Management” (NBIM), 11 İsrail şirkətindəki sərmayələrini sataraq bu şirkətlərdən tamamilə çəkilib.
Fond həmçinin, İsraildəki bütün xarici portfel idarəçiləri ilə bağlanmış müqavilələri ləğv etmək qərarını verib.
"Cebheinfo.az" xəbər verir ki, NBIM-in açıqlamasına görə, Norveç Maliyyə Nazirliyi fondun İsraildəki sərmayələri ilə bağlı genişmiqyaslı araşdırma aparılmasını tələb edib.
30 iyun tarixinə olan məlumata əsasən, fondun 61 İsrail şirkətində sərmayəsi vardı.Onlardan 11-i Maliyyə Nazirliyinin səhm indeksi siyahısında yer almadığı üçün bu yatırımlar qısa müddətdə satılıb.
Fondun qərarına əsasən, indeksdə yer almayan bütün İsrail şirkətlərindəki sərmayələr satılacaq, xarici portfel idarəçiləri tərəfindən idarə olunan sərmayələr isə NBIM-in öz idarəsinə veriləcək. İsraildəki bütün xarici portfel idarəçiləri ilə bağlanmış müqavilələrin ləğv olunduğu vurğulanıb. Məlumatda indeksdə olan bütün İsrail şirkətlərinə sərmayə qoymayacağı bildirilir:
“Son günlərimizi indeksdə yer almayan İsrail şirkətlərindəki sərmayələrimizi satmaqla keçirdik və bu mövqelərdən tamamilə çıxdıq”.