AZ

Topu stadiona paraşütçülər gətirdilər

Niderlandın “Utrext” klubu mövsümün açılış oyununa qeyri-adi yanaşıb.

Publika.az xəbər verir ki, “Herakl” ilə görüşün startı öncəsi meydançaya topu “Red Bull”un ekstremal paraşütçüləri gətirib. Onlar helikopterdən tullanaraq birbaşa azarkeşlərlə dolu stadiona eniblər.

İyul ayında “Utrext” və “Red Bull” gənc futbolçuların inkişafı üçün əməkdaşlığa başladığını açıqlamışdı. Görünür, bu tərəfdaşlıq təkcə idmanla məhdudlaşmır.

Qeyd edək ki, qarşılaşma "ağ-qırmızılar" üçün uğurlu alınıb. Komanda 4:0 hesablı qələbə qazanıb.

Seçilən
2
publika.az

1Mənbələr