AZ

Bu gün dövlət qulluqçuları və pensiyaçılar üçün maaş artımı təklifi açıqlanacaq

Türkiyədə Dövlət İşəgötürənlər Komitəsi bu gün kollektiv danışıqlarda ilk maaş artımı təklifini təqdim edəcək.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həmkarlar ittifaqları inflyasiyadan qorunmaq üçün 88 faiz artım tələb etsə də, hökumətin rəsmi təklifi hələ açıqlanmayıb.

Mərkəzi Bankın proqnozlarına görə, 2025-ci ilin sonuna inflyasiya 24, 2026-cı ildə 12, 2027-ci ildə isə 8 faiz gözlənilir. Bu rəqəmlər artımın miqdarında əsas meyar olacaq.

Ekspertlər 2026-cı ilin hər iki yarısında 6 faizlik artım ehtimalını irəli sürür. Bundan əlavə, reallaşan inflyasiya fərqi maaşlarda da əks olunacaq. Bugünkü açıqlama, 2026-2027-ci illərdə dövlət qulluqçuları və pensiyaçılar üçün maliyyə siyasətinin istiqamətini müəyyən edəcək.

Seçilən
54
publika.az

1Mənbələr