Hurriyyet.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian İranda uşaqlara türk adlarının verilməsinə qoyulmuş qadağanı ləğv etmək göstərişi verib.
İranda türk adlarının qoyulmasına məhdudiyyətlərlə əlaqədar azərbaycanlıların "balamın adı" adlı kampaniyasından və İran Prezidentinə ünvanlanmış məktubundan sonra Prezident Məsud Pezeşkian məsələ ilə bağlı yoxlama aparılması göstərişi verib.
GünazTv kanalınınməlumatına görə, 15 761 nəfərin imzaladığı petisiyaya cavab olaraq, Prezident Pezeşkian İranın Vətəndaş Qeydiyyatı İdarəsinə türk adlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün addımlar atmağı da tapşırıb.
Hürr Tərcüman