Həkimlər uşaqların həzm sağlamlığının qorunmasında valideynlərin böyük məsuliyyət daşıdığını bildirir. Yanlış qidalanma və həyat tərzi uşaqlarda tez-tez həzmsizlik problemlərinə səbəb ola bilər.
Pravda.az bu problemlə bağlı mütəxəssislərin tövsiyələrini təqdim edir:
Sağlam və balanslı qidalanma vərdişi formalaşdırın.
Paketli və emal olunmuş qidalardan uzaq tutun.
Yaşına uyğun məşq və hərəkətli həyat tərzinə təşviq edin.
Təzə meyvə-tərəvəz, lifli qidaları menyuya əlavə edin.
Bol su içməsini təmin edin.
Probiyotiklərlə zəngin qidaları pəhrizə daxil edin.
Yetərli qidalanmasına diqqət edin.
Aşırı yeməyin qarşısını alın.
Mütəxəssisləruşaqlarda davamlı həzmsizlik halında həkim müayinəsinin vacib olduğunu vurğulayır.
Əminə Bayramova