AZ

Suriya İsraildən müdafiə üçün Rusiyadan yardım istəyib

Hurriyyet.az xəbər verir ki, Suriyanın keçid hökuməti Rusiyaya müraciət edərək ölkənin cənub vilayətlərində hərpi polis patrulunu bərpa etməyi xahiş edib.

Bu barədə "Kommersant" nəşri Moskvada Suriyanın XİN əməkdaşları ilə danışıqlarda iştirak etmiş mənbələrə istinadla məlumat verib.

Təşəbbüs 2024-cü ilin dekabrında "bufer zona" yaratmaq adı ilə Suriyanın cənub rayonlarından bir qismini tutmuş İsrailin qarşısını almaq məqsədi güdür. Dəməşq hesab edir ki, Rusiyanın varlığı İsrailin əməliyyatlarının intensivliyini azalda bilər. Suriyanın xarici işlər nazirinin Moskva səfərindən sonra Rusiya patrullarının şimal-şərqə — Əl Kamışlı rayonuna qayıtması qeydə alınıb. 

Qəzetin yazdığına görə, mənbə deyib: "Rusiya İsrailin müdaxiləsinin qarşısını almaq, eyni zamanda Dəməşq ilə Tel-Əvivin dialoqunu nizamlamaq imkanına malikdir".

Hürr Tərcüman

Seçilən
10
1
hurriyyet.az

2Mənbələr