AZ

İlham Əliyev Trampın Nobel Sülh Mükafatına namizədliyini təklif etməklə böyük diplomatik jest etdi- ÖZƏL

"Vaşinqton görüşünün ən mühüm məqamlardan biri 30 illik münaqişəyə son qoyulmasıdır. Ermənistan və Azərbaycan arasında sülhə nail olunması Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası yaradır". Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Qloballaşan dünyada yeni geosiyasi rellıqlar meydana çıxır. Burda diplomatik iradə və liderlik şərtdir. Sevindirici hallardan biri odur ki, Prezident Trampın 6 ay ərzində atdığı addımlar uzun illər nəticəsiz qalan ATƏT-in Minsk qrupu prosesini real razılaşma ilə əvəzləyib".

Deputat qeyd edib ki, sülhün iqtisadi potensialına nəzər salsaq görərik ki, regional nəqliyyat və ticarət əlaqələrinin açılması, investisiya axınının artması və sərhədyanı bölgələrin dirçəlməsi üçün zəmin yaranır: Prezident İlham Əliyev bu nailiyyətə görə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini təklif etməklə həm diplomatik jest göstərdi, həm də peşəkar diplomatik gedişlə beynəlxalq ictimaiyyətin diqqətini Qafqazın sülh prosesinə yönəltdi.
Tərəfdaşlığın önəmli sektorundan biri də enerji tərəfdaşlığıdır. Səfərin iqtisadi hissəsinin ən mühüm elementi SOCAR və ExxonMobil arasında "Əməkdaşlıq haqqında Memorandum"un imzalanmasıdır. Bu sənədin strateji əhəmiyyəti bir neçə aspektdə özünü göstərir. Memorandum həm ənənəvi, həm də qeyri-ənənəvi neft-qaz potensialının dəyərləndirilməsini nəzərdə tutur. ExxonMobil kimi qlobal nəhəngin texnoloji imkanları Azərbaycanın enerji sənayesində innovasiyaları sürətləndirəcək. İxrac imkanlarının genişlənməsinə xidmət edən memorandum nətucəsində ABŞ tərəfdaşlığı Azərbaycanın enerji bazarına çıxışını daha da artıracaq. Bu əməkdaşlıq həm də Azərbaycanın beynəlxalq enerji layihələrində lider mövqeyini möhkəmləndirir və ölkənin enerji təhlükəsizliyi strategiyasına uyğun gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr