AZ

Elçin Əmirbəyov: Sülh üçün Ermənistan konstitusiyasına dəyişiklik etməlidir

BAKI, 12 avqust. TELEQRAF

Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanan birgə bəyanat Bakının sülhə sadiqliyini göstərir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "NE Global"a müsahibəsində deyib.

O bildirib ki, sülh sazişinin tam imzalanması üçün Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır.

"Sənəddə nəqliyyat və kommunikasiya xətlərinin açılması, xüsusilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması nəzərdə tutulur".

Seçilən
35
2
teleqraf.com

3Mənbələr