BAKI, 12 avqust.TELEQRAF
"İstirahət mərkəzlərinə yollayışlar zamanı müraciətçi ödənişin 15 faizini ödəyir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Aparat rəhbərinin müşaviri Elkiyar Ziyadov mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
"Müalicə yollayışlarına ancaq həyat yoldaşıyla gedə bilər. Həyat yoldaşı pensiyaçıdırsa, hər ikisi 15 faiz ödəniş edir, qalan hissəsi ittifaq tərəfindən qarşılanır.
Müraciət edən şəxsin həyat yoldaşı pensiyaçı deyilsə, bu zaman şəxs özü 15 faiz, həyat yoldaşı isə 50 faiz ödəniş etməli olur", o, qeyd edib.