ain.az bildirir, Oxu.az portalına istinadən.
Falaye Sakonun "Neftçi"yə keçidinin detalları müəyyənləşib.
Oxu.Az Fransa mətbuatına istinadən xəbər verir ki, "Monpelye"nin Liqa 1-i tərk etməsi müdafiəçinin Azərbaycana yollanmasında əsas rol oynayıb.
Mali millisinin üzvünün Fransa klubu ilə müqaviləsində komandanın elitanı tərk edəcəyi təqdirdə sərbəstqalma maddəsi olub. "Monpelye" Liqa 2-yə düşdüyündən, Sakonun gələn ilin yayına qədər olan sözləşməsi ləğv edilib.
Sağ cinah müdafiəçisi başqa ölkələrdən təkliflər alsa da, variantlar arasında yalnız "Neftçi" yüksək liqa komandası olub. Bu səbəbdən oyunçu seçimini "ağ-qaralar"ın xeyrinə edib.
Qeyd edək ki, Sako "Neftçi" ilə iki illik müqavilə imzalayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.