AZ

Tramp Zelenskinin ərazi güzəştləri ilə bağlı mövqeyindən narahatdır

BAKI, TurkicWorld, Nərmin Ağayeva

ABŞ prezidenti Donald Tramp Alyaskada keçiriləcək Putinlə görüşün müsbət olacağına ümid etdiyini bildirib.

TurkicWorld xəbər verir ki, Tramp mətbuat konfransında “Vladimir Putinlə danışacağam və ona bu müharibəni bitirməli olduğunu deyəcəyəm” sözlərini səsləndirib, ən qısa zamanda atəşkəs əldə olunmasının vacibliyini vurğulayıb. O, həmçinin Ukrayna prezidenti Zelenskinin ərazi güzəştlərinin konstitusiya təsdiqini tələb etməsi ilə bağlı bəyanatından bir az narahat olduğunu bildirib.

Trampın komandası Alyaska sammitinə İkinci Dünya Müharibəsindən sonra Avropanın xəritəsini formalaşdıran Yalta sammiti kimi önəm verir. Bu sammitdə Tramp, Putinlə yanaşı, Avropa məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, bu arada Avropa İttifaqının xarici işlər nazirləri Kiyevin mövqeyini dəstəkləmək üçün fövqəladə iclas keçirib, Berlin isə Trampın aparıcı Avropa ölkələri və Ukrayna lideri ilə virtual görüş təşkil edəcəyini açıqlayıb.

Seçilən
2
turkic.world

1Mənbələr