AZ

Məşhurların YAY TƏTİLİ: Kim harada istirahət edir? – FOTOLAR

Yay aylarında istirahət üçün xaricə yollanan məşhurlar sosial şəbəkələrdə paylaşımları ilə izləyicilərinin diqqətini cəlb edirlər. Hər bir sənətçi öz zövqünə və maraqlarına uyğun yerdə dincəlir, həm istirahət edir, həm də yaddaqalan anlar yaşayır.

Bizim.Media bu dəfə məşhurların yay tətilində hansı ölkələri seçməsi və səfərlərindən maraqlı məqamlarla bağlı araşdırma aparıb.

Ülviyyə Xəlilbəyli


Aktrisa Ülviyyə Xəlilbəyli istirahət üçün Türkiyəni seçib. O qonşu ölkənin tarixi, gəzməli-görməli yerlərində olub. Bu barədə Xəlilbəyli sosial şəbəkə hesabında fotolar paylaşıb.

Sevda Yahyayeva


Müğənni Sevda Yahyayeva isə Fransanın paytaxtı Parisdədir. Həkim həyat yoldaşı Zakir Bayramovla birlikdə “Notr-Dam” kilsəsini ziyarət edən sənətçi sosial şəbəkə hesabında, bu səfərin onun uzun müddətdir arzusunda olduğunu qeyd edib: “Buraya gəlmək mənim ən böyük arzum idi. Çox xoşbəxtəm”.

Günay İbrahimli


Günay İbrahimlinin tətil seçimi isə bir qədər fərqlidir. Sənətçi bu il istirahət üçün Çini seçib və burada ənənəvi olmayan yeməkləri dadaraq maraqlı təcrübə qazandığını paylaşıb.

Vüsalə Əlizadə


Tanınmış aparıcı Vüsalə Əlizadə isə yay istirahətini Yunanıstanda keçirir. Sosial şəbəkə hesabında Yunanıstanın gözəlliklərini və tətil təəssüratlarını bölüşən Vüsalə izləyicilərindən müsbət rəy alıb.

Elgiz Əkbər və Xatun


Digər məşhur aparıcı Elgiz Əkbər və müğənni Xatunun  birgə Türkiyəyə istirahətə getməsi də diqqət çəkən məqamlardandır. Türkiyə məşhurlar arasında yay tətilinin ən çox seçilən ölkələrindən biri olaraq qalır.

Lalə Azərtaş


Aparıcı Lalə Azərtaş istirahətini bağ evində keçirir. O şəhərin səs-küyündən uzaq qalmaq və təmiz hava qəbul etmək üçün bağa üz tutub. Aparıcı istirahəti zamanı çəkdiyi görüntüləri instaqram hesabında izləyiciləri ilə bölüşüb.

Beləliklə, bu yay məşhurların səyahət istiqamətləri müxtəlif olsa da, hər biri öz tərzində və zövqünə uyğun olaraq yay fəslinin dadını çıxarır.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
23
1
bizim.media

2Mənbələr