
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketi üzərində işləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ xarici işlər naziri Kaya Kallas Aİ xarici işlər nazirlərinin Alyaskada gözlənilən Rusiya-ABŞ sammiti ilə əlaqədar təcili çağırılan videokonfransından sonra jurnalistlərə bildirib.
Onun fikrincə, Rusiya tam və qeyd-şərtsiz atəşkəslə razılaşana qədər Aİ güzəştləri müzakirə etməməlidir.
Kallas hesab edir ki, hərəkətlər ardıcıllığına əvvəlcə ciddi monitorinq sistemi və dəmir zəmanətlərlə atəşkəs, daha sonra isə istənilən danışıqlar daxil edilməlidir.
Bu baş verənə qədər o, Aİ-nin 19-cu sanksiyalar paketi üzərində işləyəcəyini bildirib.