Onun sözlərinə görə, Tehranda MAQATE baş direktorunun müavini Massimo Aparo ilə keçirilən görüşdə hazırkı şəraitdə əməkdaşlıq imkanları müzakirə olunub. Qəribabadi bildirib ki, görüş zamanı İran, İsrailin və ABŞ-nin ölkənin nüvə obyektlərinə hücumu zamanı agentliyin öhdəliklərini yerinə yetirməməsinə qarşı kəskin etiraz edib və MAQATE-nin bu məsələlərə yanlış yanaşmasının dəyişdirilməsini tələb edib.
MAQATE-nin İsrail və ABŞ-nin İran nüvə obyektlərinə zərbələrini pisləməməsi Tehranın kəskin tənqidinə səbəb olub. İran bu mövqeni agentliyin fəaliyyətinin siyasiləşdirilməsi kimi qiymətləndirib. İyulun 2-də İran Prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığın dayandırılması haqqında qanun imzalayıb. Xarici işlər naziri Abbas Əraqçi isə iyulun 22-də bəyan edib ki, gələcəkdə agentlik müfəttişlərinin ölkəyə qayıtması istisna edilmir.