Bəlucistan Azadlıq Ordusu (BLA) ABŞ-da xarici terror təşkilatları siyahısına əlavə edilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.
"Bu gün Dövlət Departamenti Bəlucistan Azadlıq Ordusunu (BLA) və onun “Məcid Briqadası” kimi tanınan bölməsinə xarici terrorçu təşkilat (FTO) statusu verdi”, - deyə o bildirib.
Qeyd edək ki, Bəlucistan Azadlıq Ordusu bölgədə intensiv hücumlar təşkil edir. BLA, Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bölgəni Bəluc xalqının idarə etməsini istəyir.