AHİK-dən sanatoriya və kurortlara verilən yollayışların sayı açıqlanıb.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransında məlumat verilib.
Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması məqsədilə e-ahik Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi vasitəsilə 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib.
Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə çoxdur